• |
  • +994 12 465 75 15
  • |
  • |

Xidmətlər

TƏDBİRLƏR PLANI – 04.04.2020

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq etdi.

Qeyd edək ki, aşağıda biz ancaq şamil olunacaq şəxs sayı və ayrılan vəsait barədə məlumat olan başlıqları əhatə etmişik. Tam Tədbirlər Planı ilə tanış olmaq üçün bu məlumatın sonunda qoşmadakı faylı yükləməyinizi tövsiyyə edirik.

I. İQTİSADİ ARTIMA VƏ SAHİBKARLIĞA DƏSTƏK

A. YAXIN DÖVRDƏ PANDEMİYANIN ÖLKƏ İQTİSADİYYATINA MƏNFİ TƏSİRLƏRİNİN AZALDILMASI MƏQSƏDİLƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ

  • İQTİSADİ QURUMLARIN FƏALİYYƏTİNİN FÖVQƏLADƏ KOORDİNASİYASI İSTİQAMƏTİNDƏ
  • İŞ YERLƏRİNİN VƏ SOSİAL SABİTLİYİN QORUNMASI İSTİQAMƏTİNDƏ
    • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) – 300 min nəfərə cəmi – 215 milyon manat.
    • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə. – əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) – 300 min nəfərə cəmi – 80 milyon manat.
  • İQTİSADİYYATDA ŞƏFFAFLIĞIN ARTIRILMASI İSTİQAMƏTİNDƏ
  • İQTİSADİ FƏALLIĞIN QORUNMASINA VERGİ STİMULLARININ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ
    • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: – 115 milyon manat
      1. mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;
      2. əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;
      3. vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;
      4. mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;
      5. mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;
      6. pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;
      7. əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;
      8. əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlıxammal və materialların idxalının ƏDV-dən azad edilməsi;
      9. epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruriprofilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;
      10. icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;
      11. ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığortahaqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;
      12. bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması.
  • İQTİSADİYYATA VƏ SAHİBKARLIĞA DÖVLƏTİN KREDİT-ZƏMANƏT DƏSTƏYİNİN VERİLMƏSİ İSTİQAMƏTİNDƏ
    • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması: – 20 milyon manat
      • Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi;
      • Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması;
      • Kreditlərin maksimal faiz dərəcəsi, müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarların 2 həftə ərzində hazırlanaraq təqdim olunması;
      • Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması
    • Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitlərin ayrılması: – 50 milyon manat
    • Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən kiçik və orta sahibkarlığın) 2020-ci il 10 mart tarixinə 1 mlrd.manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması: – 50 milyon manat
      • 2020-ci il 10 mart tarixinə dövlət zəmanəti olmayan mövcud bankkreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-in subsidiyalaşdırılması;
      • Kreditlərin müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarların 2 həftə ərzində hazırlanaraq təqdim olunması
    • Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması – 90 milyon manat
    • Həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi – 280 milyon manat
  • İQTİSADİYYATIN VƏ SAHİBKARLARIN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ KREDİT RESURSLARINA ÇIXIŞ İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ
  • PANDEMİYANIN MƏNFİ TƏSİR ETDİYİ FƏALİYYƏT SAHƏLƏRİNDƏ ƏLAVƏ DƏSTƏK TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ İSTİQAMƏTİNDƏ

B. POST-PANDEMİYA DÖVRÜNDƏ İQTİSADİ ARTIMIN YENİ MODELİNİN TƏTBİQİ İSTİQAMƏTİNDƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ

II. MƏŞĞULLUQ VƏ SOSİAL RİFAHA DƏSTƏK

  • DÖVLƏT SEKTORU ÜZRƏ İŞÇİLƏRİN İŞSİZLİK RİSKİNDƏN QORUNMASI VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ
    • Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması – 910 min nəfər
  • QEYRİ-DÖVLƏT SEKTORU ÜZRƏ MUZDLU İŞÇİLƏRİN İŞSİZLİK RİSKİNDƏN QORUNMASI VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ
    • Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi məqsədilə işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarətin təmin edilməsi – 664 min nəfər
  • İŞSİZ VƏ İŞDƏN AZAD OLUNMUŞ ŞƏXSLƏRİN MƏŞĞULLUĞU VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ
    • 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi – 30 milyon manat (2 aylıq)
    • Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi – 200 min nəfərə 70 milyon manat (2 aylıq)
    • İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi – 11 min nəfərə 70 milyon manat
    • İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması – 20 min nəfərə 20 milyon manat
    • İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərinə xüsusi karantin rejimi dövründə sığorta ödənişinin və təqaüdlərin davam etdirilməsi, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi – 2 min nəfərə 600 yüz min manat
  • ƏHALİNİN XÜSUSİ HƏSSAS TƏBƏQƏSİNDƏN OLAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ
    • Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln manat ehtiyatının istifadə olunması – 200 milyon manat
    • Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi – 62 min nəfərə 3 milyon manat
    • Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi – 14 min nəfərə
    • Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi – 40 milyon manat
    • Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması – 10 milyon manat

III. MAKROİQTİSADİ VƏ MALİYYƏ SABİTLİYİ