- 7/3/2024 12:00:00 AM
- Recruitment
Mühasib köməkçisi - operator
Consulting Group — vergi, audit, maliyyə, hüquqi məsləhət, biznes proseslərinin təkmilləşdirilməsi və sertifikatlaşdırma sahələrində ixtisaslaşmış aparıcı məsləhətçi şirkətlərdən biridir. Biz həm yerli, həm də beynəlxalq müştərilərə yüksək peşəkarlıqla xidmət göstəririk. Əsas vəzifələr: 🔹 ilkin uçot sənədlərinin proqrama işlənilməsi; 🔹 bank və vergi hesablarına nəzarət; 🔹 müqavilələrdə olan rəqəmlərə nəzarət, şirkətin tərəfdaşları ilə bağlanmış müqavilələrdə yer alan maliyyə rəqəmlərinin, öhdəliklərin və müddətlərin düzgünlüyünə nəzarət edilməsi; 🔹 əməliyyatların avtomatlaşdırılmasında iştirak; 🔹 yuxarıdakı sahələrlə bağlı birbaşa və dolayı layihələrdə iştirak. Tələblər: ✅ Ali təhsil (mühasibatlıq, iqtisadiyyat, avtomatlaşdırma, analitika və s. kimi əlaqədar sahələrdə); ✅ Microsoft Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək bacarığı; ✅ Excel-də hesablamaların hazırlanması (funksiya və formulalarla); ✅ Yüksək diqqət və məsuliyyət, güclü yazılı ünsiyyət bacarığı; ✅ Azərbaycan və ingili dili (orta və yuxarı), rus dili bilikləri üstünlükdür; ✅ Davamlı öyrənmək və araşdırmaq həvəsi. 💰Nəzərdə tutulan əmək haqqı intervalı 500-800 manat aralığındadır və namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.