• 7/3/2024 12:00:00 AM
  • İşə Qəbul

Mühasib köməkçisi

Mühasib köməkçisi

Namizədə tələblər:

• Ali təhsil (iqtisadiyyat, mühasibatlıq, audit üzrə sahələrdə olması vacibdir);
• İş təcrübəsi tələb olunur;
• Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dilini bilməsi əlavə üstünlükdür;
• Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
• 1C 8.3. proqramında işləməyi bacarmaq əlavə üstünlükdür;
• Vergi və əmək qanunvericiliyi barədə məlumatlı olmaq;
• Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
• Məsuliyyətli, dəqiq və ünsiyyət qurmaq bacarığı.

İş təsviri:

• Baş mühasibin köməyi və nəzarəti altında
• Dövlət qurumlarına vergi, vahid, statistika hesabatlarının təqdim olunması;
• E-qaimələrin göndərilməsi;
• Bank ödənişlərinin icra olunması;
• Mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinə əsasən şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin ilkin uçotu və müvafiq sənədləşdirilmə
• Əmək haqqının hesablanması;
• İşçilərin işə alınması, kadr sənədlərində dəyişikliklər edilməsi, işdən çıxarılma və əlaqədar sənədləşmə;
• Mühasib işinin icrası ilə bağlı tələb olunan digər öhdəliklərin və buna uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

İş qrafiki:

• Əmək haqqı: 500 AZN
• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Zəhmət olmasa CV-nizi lala.h@consultinggroup.az mail ünvanına mövzu hissəsində vakansiya adını qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son Elanlar

Bizə abunə olun