- 7/3/2024 12:00:00 AM
- İşə Qəbul
Satışa meneceri-marketoloq
İş təsviri:
• Müştəriyə və satıcıya məhsul və ya xidmət haqqında məlumatın verilməsi;• Müştəriyə və satıcıya məhsul və ya xidmət haqqında məlumatın elektron olaraq göndərilməsi;
• Daxil olan sorğuların hesabatının aparılması;
• Müştəri məhsul almaq istədiyi halda, rekvizitlərinin alınaraq satış mütəxəssislərinə göndərilməsi;
• Son satış prosesinin icra statusunun daima izlənilməsi;
• Müştərilərə məhsullar haqqında daimi reklam və promo xarakterli məlumatların göndərilməsi;
• Soyuq zənglərin edilməsi gündəlik;
• Gündəlik hesabatların rəhbərliyə təqdim olunması;
• Müxtəlif satış platformalarında məhsullar haqqında məlumat paylaşılması;
• Elektron poçt üzərindən müştərilərə məlumatların təqdim olunması; Namizədə tələblər:
• Azərbaycan dilində yüksək ünsiyyət bacarığı (ingilis və rus dili üstünlükdür);
• MS Office, MS Outlook;
• Sürətli yazma bacarığı (1 dəqiqədə yaza bildiyi söz sayı 30-40 söz);
• CRM proqramı (Monday.com və ya SalesForce);
• Video konfrans proqramı (Zoom və ya Google Meetings);
• Google Forms/Docs/Sheets-dən istifadə edə bilmə;
• Windows 10 əməliyyat sisteminin funksiyalarından istifadə edə bilmə;
• ChatGPT süni intellekt alətindən istifadə edə bilmə;
• Google-da axtarış bacarıqlarından istifadə edə bilmə;
Fərdi xüsusiyyət göstəriciləri:
• Ünsiyyət və aktiv dinləmə bacarığı;• Səbrlilik və gülərüz;
• Təşəbbüskarlıq;
• Detallara diqqət, problem həll etmə;
• Mühitə tez adaptasiya ola bilmə və komanda ilə işləmə bacarığı;
• Sürətli öyrənə bilmə, çalışqan;
• Özünə və işinə qarşı daima planlı, məqsədyönlü;
• Araşdırma qabiliyyəti;
İş qrafiki:
• Əmək haqqı: 600-900 AZN (Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir)• Bazarertəsi – Cümə: 09:00 – 18:00
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Zəhmət olmasa CV-nizi lala.h@consultinggroup.az mail ünvanına mövzu hissəsində vakansiya adını qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.