♻️ Azərbaycanda tullantıların idarə olunması sahəsində yeni mərhələ başlayır!
Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır. Agentlik tullantıların yığılması, çeşidlənməsi, emalı və utilizasiyası üzrə dövlət koordinasiyasını həyata keçirəcək.
Bu istiqamətdə Balaxanı Sənaye Parkı Azərbaycanda formalaşmaqda olan “yaşıl iqtisadiyyat” və dairəvi iqtisadiyyat yanaşmasının əsas praktik nümunələrindən biridir. Parkda müxtəlif növ tullantıların təkrar emalı həyata keçirilir, resurslardan səmərəli istifadə təşviq olunur və ekoloji təsirlərin azaldılması hədəflənir.
Qeyd edək ki, sənaye parklarının rezidentləri həmin sənaye parkında müəyyən olunmuş fəaliyyət üzrə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin, 2016-cı il mayın 1-dən 10 il müddətinə idxalda ƏDV-dən azaddırlar.
READ MORE