Qeydiyyata alınmış əmtəə nişanı sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər.
Bir istehsalçının əmtəə və xidmətlərini digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirir. Burada əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur.
Sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir.
Məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur. Bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı, onu saxta məhsuldan ayıra bilmələri üçün yardımçı olur.
Əmtəə nişanının tanınması, yəni istehlakçılar arasında nüfuz qazanması onun sahibinə bazarda daha çox gəlir əldə etməkdə kömək edir.
Qanuni sahib həmin nişandan istifadə hüququnu lisenziya müqaviləsi ilə başqasına istifadəyə verə bilər. Lisenziya müqaviləsinin bağlanılması üçün əmtəə nişanı əvvəlcədən Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmalıdır.
READ MORE